Sionist rejimi qüvvələri 4 məşhur müsəlman telekanalın ofisinə basqın edib
Sionist rejiminin qüvvələri İordan çayının qərb sahilində Ramallah şəhərində 4 tanınmış müsəlman telekanalın ofisinə basqın edib. Bildirilib ki, Sionist rejiminin qüvvələri bu gün Livanın "əl-Məyadin" və "əl-Mənar", Fələstinin "əl-Qüds" və "əl-Media" şirkəti və həmçinin Rusiyanın "RT" telekanalının ofislərinə basqın edib. Telekanalların bağlanma təhlükəsi var. Qeyd edək ki, bu telekanallar son iki həftədə və xüsusilə də ötən günlərdə Qüdsdə və "əl-Əqsa" məscidində fələstinlilərə qarşı hüquq pozuntularını fəal şəkildə yayımlayırdı. Onu da qeyd edək ki, təkcə ötən gün "əl-Əqsa" ətrafında baş verən qarşıdurmalarda 2 fələstinli həlak olub və 62 nəfər müxtəlif dərəcələrdə yaralanıb. (islaminsesi) /