Sionist rejim hərbiçiləri HƏMAS-ın iki liderinin evinə basqın edib
Sionist rejim hərbiçiləri bu gün səhər Ramallah və Əl-Bireh şəhərlərində iki HƏMAS liderinin evlərinə basqın edib. Maide.az xarici KİV-ə istinadla xəbər verir ki, işğalçı hərbiçilər Həmasın liderlərindən olan Şeyx Həsən Yusif və Şeyx Camal Ət-Təvilin evinə basqın edib. Basqın zamanı işğalçı rejim qüvvələri evdə axtarış aparıb. Şeyx Həsən Yusifin evində axtarış apararkən Şeyx Həsən Yusifi dəstəkləmək üçün evin ətrafına toplaşan fələstinli gənclər və işğalçı rejim əskərləri arasında qarşıdurma baş verib. Belə ki, işğalçı rejim Şey Həsənə dəstək üçün toplaşmış fələstinli gəncləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qeyd edək ki, Şeyx Həsən Yusif iyul ayının 8-də işğalçı rejimin həbsxansından azad olunmuşdu.