Maide.az

Sionist rejim hərbçiləri 12 fələstinli gənci həbs etdi

İsrail rejimi polisindən verilən yazılı açıqlamada bildirilir ki, rejimin "Mustaribin" adlanan mülki geyimli əməliyyat qrupu işğal altındakı Şərqi Qüdsdə 12 fələstinli gənci həbs edib.   Maide.Az xəbər verie ki, Gənclərin bölgədə patrul gəzən İsrail polisinə fişəng və daşlarla hücum etdiyi iddia olunan açıqlamada, Fələstinlilərin sorğu mərkəzinə aparıldığı qeyd edilib.   Digər tərəfdən, Fələstinli insan haqları təşkilatı olan "Vadi Hilve" İnformasiya Mərkəzindən verilən yazılı açıqlamada, İsrail güclərinin Silvan məhəlləsinə basqın təşkil etdiyi və fələstinli gəncləri döydükdən sonra saxlanıldığı bildirilir.   Açıqlamada, həbs olunan Fələstinlilər arasında 18 yaşa qədər uşaqların da olduğu qeyd olunub.   İşğal altındakı Qərbi İordanda və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla Fələstinliləri həbs edir.