Maide.az

Sionist rejim Fələstin Qanunvericilik Şurasının qadın üzvünü həbs edib

Sionist rejim Fələstin Qanunvericilik Şurasının qadın üzvünü həbs edib   Sionist rejim ordu qüvvələri bu gün səhər Qərb Şəriyənin cənubunda  Fələstin Qanunvericilik Şurasının qadın üzvü Samira Halayqanı həbs edib.    Maide.Az xəbər verir ki, sionist rejim hərbiçiləri S.Halayqanı Əl-Xəlil şəhər yaxınlığında Şyux şəhərində həbs edib.    İsrail qüvvələri Halayqanı n evində axtarış edib və onu həbs edərək naməlum istiqamətə aparıb.    İşğalçı sionist rejim qüvvələri ötən həftə də Həmas Hərakatının iki nümayəndəsini Beyt Lahm şəhərinə həbs edib.    S.Halayqanın həbsi ilə sionist rejim həbsxanalarında olan fələstinli nümayəndələrin sayı 10 nəfərə çatıb. /