Maide.az

Sionist rejimdən növbəti təhdid: Məscidi-Əqsanı müdafiə edən fələstinlilər həbs ediləcək

Təcavüzçü İsrail hökuməti Məscidi-Əqsanı tamamilə zəbt etməyə çalışır. Maide.az xəbər verir ki, İsrailin təhlükəsizlik naziri Gilad Erdan Qüdsdə Məscidi-Əqsanı müdafiə edən fələstinlilərə qarşı daha sərt tədbirlər görüləcəyini bildirib. O deyib ki, həmin fələstinlilər yəhudi bayramından sonra mühakiməsiz tutularaq həbsə atılacaqlar. Məlumat üçün bildirək ki, son həftələrdə Məscidi-Əqsa və digər müqəddəs məkanlar İsrail əsgərlərinin hücumuna məruz qalıb. Baş verən toqquşmalarda yüzlərlə fələstinli həbs edilib. Bundan başqa, fələstinlilərin Məscidi-Əqsaya girişinə məhdudiyyətlə qoyulur, onların rahat şəkildə namaz qılmalarına imkan verilmir. /