Maide.az

Sionist rejim İbrahim əl-Xəlil məscidini müsəlmanların üzünə bağlayıb

İsrail rejimi polisi əl-Xəlil şəhərindəki İbrahim əl-Xəlil məscidini yəhudilərin Pesax bayramı münasibətilə müsəlmanların girişinə bağlayıb.   Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İbrahim əl-Xəlil məscidi müdiri Hifzi Əbu Sininə məscidin qapadılmasının müsəlmanlara təhqir olduğunu söyləyib.   Məscidin 22-23 aprel tarixlərində Pesax bayramı münasibətilə yəhudilərin daxil olacağı üçün müsəlmanlara bağlanacağı bildirilib.   Tarixi İbrahim əl-Xəlil məscidi İsrail qüvvələrinin nəzarəti altındakı əl-Xəlil şəhərinin qədim hissəsində yerləşir.   Sözügedən ərazidə təxminən 400 yəhudi miqrant yaşayır.   İsrail rəhbərliyi yəhudilər və müsəlmanlar arasında ikiyə bölünən İbrahim əl-Xəlil məscidini yəhudi bayramı günlərində tamamilə yəhudi miqrantlara ayırır.   Yəhudi bayramı günlərində məscidi bağlayan işğalçı İsrail qüvvələri həmin günlərdə məsciddə azan oxunmasına və müsəlmanların məscidə girmələrinə icazə vermir.