Sionist rejim əsgərlərinin atdığı gözyaşardıcı qaz 18 aylıq fələstinli körpəni şəhid etdi - FOTO
Sionist rejim əsgərlərinin atdığı gözyaşardıcı qazdan zəhərlənən 18 aylıq fələstinli körpə şəhid olub. Maide.Az Fələstin KİV-lərinə istinadən xəbər verir ki, sionist rejim əsgərlərinin 2 ay öncə atdığı gözyaşardıcı qaz nəticəsində nəfəs borularında problem yaranmış 18 aylıq körpə ötən gün şəhid olub. İşğalçı rejim əsgərləri iki ay öncə Ramallahın şimal-qəribinda Abud kəndinə hücum etmiş və hücum zamanı kənd əhalisinə qarşı gözyaşardıcı qazdan istifadə etmişdir. Həmin zaman 18 aylı körpə xəsarət almışdır. Əbdür-rəhman Mahmud Barğosi adlı 18 aylıq körpə Beytül-müqəddəs şəhərində xəstəxanaya yerləşdirilmişdir,lakin həkimlərin səyinə baxmayaraq halı pisləşir və şəhid olur. FƏləstin insan haqları təşkilatları bildirir ki, uşaq xəsarət aldıqdan sonra sionist rejim əsgərləri uşağı xəstəxanaya aparmaq istəyən təcili yardımın qarşısını kəsib və onun xəstəxanaya vaxtında çatmasını əngəlləmiş və uşaq xəstəxanay çox gec çatdırılmışdır.