Maide.az

Sionist rejim 2016-cı ildə işğal etdiyi Fələstin torpaqlarında tikinti işlərini 40 faiz artırıb - FOTO

Rəsmi statistika göstərir ki, sionist rejim 2016-cı ildə Fələstinin işğal olunmuş ərazilərində tikinti işlərini 40 faiz artırıb.   “Maide” xəbər verir ki, işğalçı rejim 2016-cı ildə Fələstinin işğal olunmuş ərazilərində 2015-ci illə müqayisədə 700 ev artıq tikib.   İşğalçı rejimin Statistika Mərkəzinin rəqəmlərinə əsasən, sionist rejim ötən il işğal olunmuş Qərb Şəriyədə 2630 ev  tikib.    “Peace Now” qeyri-hökumət təşkilatının məlumatına görə, sionist rejim son 15 ildə ən çox tikinti işlərini 2013-cü ildə aparıb. Həmin il 2874 ev  tikib. Yeni rəqəmlər görstərir ki, işğalçı rejim şəhərciklərin sayını artırmaqda yeni mərhələyə qədəm qoyub.    Qeyd edək ki, 2001-ci ildən orta hesabla hər il 1790 yaşayış evi Qərbi Şəriyədə tikilir. Bu rəqəmlər Beytül-Müqəddəsin şərqində aparılan tikintilərə aid deyil. /