Maide.az

Sionist qəsəbə sakinləri əl-Əqsa məscidinə hücum ediblər

Bir qrup sionist qəsəbə sakini İsrail rejimi hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinə basqın ediblər. Maide.az IRIB-ə istinadən məlumat verir ki, çərşənbə axşamı günü onlarla sionist qəsəbə sakini əl-Əqsa məscidinə basqın edib və fələstinli namazqılanların ibadətinə mane olub. Fələstinli namazqılanlar da sionistlərin hərəkətinə qarşılıq verib və onları əl-Əqsa məscidindən çıxarmağa çalışıb. Sionist qəsəbə sakinləri sionist hərbçilərin dəstəyi ilə həmişə əl-Əqsa məscidinə hörmətsizlik edərək bu müqəddəs məkana basqın edirlər. Sionist rejimn əl-Əqsa məscidinə qarşı hərəkətləri sərtləşdirməkdə məqsədi bu məscidin yəhudiləşdirilməsi və Qüds şəhərini işğal etməkdir. Belə ki, bu şəhərin əhali tərkibini öz xeyrinə dəyişsin.