Maide.az

Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum etdi, Fələstinli gənc həbs olundu

Sionist qəsəbə sakinləri bu gün səhər çoxsaylı İsrail təhlükəsizlik qüvvələrinin himayəsi ilə Bab əl-Məğarebe girişindən Məscidül-Əqsaya hücum ediblər.   Maide.az xəbər verir ki, lakin onlarla fələstinli qadının ardıcıl olaraq üçüncü aydır ki bu məscidə girişinə qadağa qoyulub.   Sionist qruplaşmalarının bugün səhər Məscidül-Əqsaya basqını zamanı, 43 sionist qəsəbə sakini qrup şəklində Bab əl-Məğarebe girişindən Məscidül-Əqsaya hücum edərək, məscidin ərazisini nəzarətə götürüblər.   Fələstinli gənc həbs olundu   Bununla əlaqədar, İsrail işğalçı qüvvələri fələstinli bir gənci həbs ediblər. Belə ki, bu gənc Məscidül-Əqsanın bir kənarında oturan vaxt, qəfildən İsrail xüsusi polis dəstələrinin üç əməkdaşı ona tərəf yaxınlaşaraq üzərində yoxlama aparıblar, daha sonra ondan şəxsiyyət vəsiqəsini alaraq heç bir səbəbsiz həbs ediblər. /