Sionist nazirdən Əl-Əqsa məscidi ilə bağlı həyasızlıq
Sionist İsrail rejiminin regional əməkdaşlıq naziri və Knessetin Xarici İşlər və Müdafiə Komitəsinin sədri Tzachi Hanegbi Əl-Əqsa məscidinin ətrafına yerləşdirilən metal detektorların yığışdırılmayacağını açıqlayıb. Hanegbi İsrail rejiminin ordu radiosuna verdiyi açıqlamasında, belə deyib: "Bu metal detektorlar qalacaq. Qatillər bizə qatilləri necə axtaracağımızı deyə bilməzlər. Əgər fələstinlilər bundan narahatdırlarsa, məscidə daxil olmasınlar". Sionist İsrail rejiminin ordusundan general-mayor Yoav Mordechai də müsəlmanlardan özləri üçün alternativlər axtarmalarını istəmişdir. "Problemin həlli elektron, kiber və ya müasir texnologiya ilə aparılmalıdır. İsrail həll üçün hazırdır". (deyerler) /