Sionistlər Fələstinli uşaqları təhsildən məhrum etmək istəyir
“Fələstinin işğal olunmuş ərazisində 45-dən çox məktəb işğalçı sionist rejim tərəfindən sökülmək təhlükəsi ilə üzləşib.” Maide.Az "AA"-a istinadən xəbər verir ki, bunu BMT-nin Fələstinin işğal olunmuş ərazisində Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin rəhbəri Roberto Valent ötən gün yayımladığı bəyanatda bildirib. R. Valent qeyd edib ki, sionist hərbiçilər Beytül-Müqəddəsdə Fələstinlilərə məxsus bir məktəbi dağıdıb. “Məktəbin dağıdılmasına bəhanə tikinti üçün icazəsinin olmaması göstərilib. Fələstinin işğal olunmuş ərazisində məktəb tikintisi üçün sionistlərdən icazə almaq demək olar ki, mümkünsüzdür”. O, əlavə edib ki, Fələstinli şagirdlər işğal olunmuş ərazilərdə yerləşən 45 mətkəbdə təhsil alır. “Hazırda bu məktəblərin hamısının söküləcəyi barədə xəbərdarlıq edilib.” Bəyanatda Əbunavar qaçqınlarının humanitar yardıma ehtiyacı olduğuna diqqət çəkilib. Eyni zamanda məktəblərin sökülməsi, fələstinli uşaqların təhsil hüququnun pozulması kimi dəyərləndirilib. Qeyd edək ki, ötən ilin fevral ayından indiyədək Beytül-Müqəddsəin Əbu Nuvvar qaçqın düşərgəsində sionist rejim rəsmiləri tərəfindən 6 məktəb sökülüb və avadanlığına əl qoyulub.