Maide.az

Sionistlər Həzrət Yusif (ə) peyğəmbərin türbəsinə hücum etdi - VIDEO

Yüzlərlə sionist Nablusun şərqindəki Balata Əl-Balad bölgəsində yerləşən Həzrət Yusif (ə) peyğəmbərin qəbrinə basqın edib.   Deyerler.org xəbər verir ki, sionist gəlmələr İsrail rejiminin​ qüvvələrinin müşayiəti altında qəbirin olduğu türbəyə daxil olub.   Digər tərəfdən, Nablusdakı Qüds mətbuatının müxbiri, şəhərin şərq hissəsində sübh vaxtı fələstinlilər və işğalçı qüvvələr arasında toqquşmaların baş verdiyini bildirib.   İsrail rejiminin​ qüvvələri Həzrət Yusifin (ə) qəbrinə hücum edən və orada Talmud ayinlərini həyata keçirən sionistləri qorumaq üçün Nablusun şərq hissəsindəki Balata Əl-Balad bölgəsinə girişi bağlamış və fələstinlilərin keçməsinə mane olmuşdur.