Sionistlər fələstinli uşağı yaraladı
Fələstinli uşaq sionist hərbçilərin atəş açmaları nəticəsində yaralanıb. Maide.az xəbər verir ki, işğal olunmuş Qüdsün şərqində əl-İsəviyyə kəndində güclü toqquşma zamanı fələstinli uşaq sionist hərbçilərin atəş açması nəticəsində baş nahiyəsindən yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Sionist hərbçilərin əl-İsəviyyə kəndinə hücumunda 7 fələstinli də həbs olunub. Onlardan beşinin yaşı 18-dən aşağıdır. Digər bir məlumata görə, İordan çayının qərb sahilində Quş Etsion şəhərciyi yaxınlığında qumbaranın partlaması nəticəsində bir sionist zabit yaralanıb. Əl-Aləm /