Sionist hərbçilər Əqsa məscidinə dəstək aksiyasına hücum edib, bir neçə fələstinli yaralanıb
Sionist rejim hərbçiləri fələstinlilərin əl-Əqsa məscidinə dəstək məqsədi ilə keçirtdiyi aksiyaya hücum edib. Maide.az əl-Əqsa telekanalına istinadən məlumat verir ki, sionist hərbçilər İordan çayının qərb sahilinin mərkəzində Ramullahın şimalında keçirilən aksiyada fələstinlilərə atəş açıb, bir neçə gənc fələstinli yaralanıb. Məlumata görə, Sionistlər əl-Xəlil şəhərində əl-Əqsa məscidinə dəstək məqsədi ilə keçirilən aksiyanı yatırmaq üçün fələstinlilərlə toqquşublar. Nablosun qərbində Kəfər Quddum kəndində də iki nəfər, o cümlədən bir jurnalist sionistlərin atəşi nəticəsində yaralanıb. Həmçinin çox sayda İsrail rejimi polisi ötən gecədən əl-Əqsa məscidinin ətrafında yerləşdirilib. Sionist hərbçilər əl-Əqsa məscidinə bitişik küçələrdə təhlükəsizlik tədbirləri görərək sübh və cümə namazlarını qılmaq üçün məscidə gələn 40 yaşdan aşağı kişilərin məscidə girişinin qarşısını alıblar. /