Maide.az

Sionist hərbçilər onlarla fələstinlini yaralayıblar

Sionist hərbçilər İordan çayının Qərb Sahilinin müxtəlif məntəqələrində fələstinli aksiyaçılara basqın edərək, onlarla nəfəri yaralayıblar.   Maide.az-ın Fələstin informasiya mərkəzinə istinadən verdiyi məlumata görə, sionistlər aksiyaçılara qarşı gözyaşardıcı qaz və yandırıcı bombalardan istifadə ediblər. Nəticədə zeytun bağları və əkin sahələrinin böyük bir hissəsi yanıb.    Aksiyaçılar anti-sionist şüarlar səsləndirərək, sionist rejimin fələstinlilərə qarşı hücumlarını pisləyib və fələstinli məntəqələrdə sionist qəsəbəsalma və divarın çəkilməsinin dayandırılmasını istəyiblər.    Cümə günü digər fələstinli məntəqələrdə, o cümlədən Ramallah və Beyt-Ləhmdə də anti-sionist aksiyala keçirilib, lakin sionist hərbçilərin repressiyalarına məruz qalıb. Sionistər habelə bir qrup fələstinlini həbs ediblər.