Maide.az

Simferopolda 19-cu əsrə aid məscidin açılışı olacaq -FOTO

Sentyabrın 11-də Simferopolda 19-cu əsrə aid “Seyyid Səttar” məscidinin rəsmi açılış mərasimi keçiriləcək.    Maide.Az xəbər verir ki, Məscid 1850-ci ildə tikilib.  Bu ibadət ocağı 1936-cı ildə bağlanıb. Məsciddən ticarət məqsədləri üçün anbar kimi istifadə olunub. Məscid 90-cı illərdə müsəlman icmasına qaytarılıb.  2014-cü ildə məsciddə bərpa işləri başlayıb.  Layiihəyə əsasən, məscidin nəzdində  mədrəsə və inzibati binalar tikilib.    Məscidin açılış mərasimində Krım müftisi , şəhər rəhbərliyi və şura üzvləri və xalq iştirak edəcək.