Silahlı Qüvvələrin Baş Qərargah rəisi ABŞ-a yola düşüb
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Amerika Birləşmiş Ştatlarına yola düşüb. Maide.Az xəbər verir ki, Xəbəri Müdafiə nazirliyi yayıb. N.Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində "Zorakı Ekstremist Təşkilatlarla Mübarizə" mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerikaya səfər edib.