Silahlı müxalifətin nümayəndələri Astanaya gəlməyib
Silahlı müxalifətin nümayəndələri Suriya məsələlərinin müzakirəsi üçün Astanaya gəlməyib. Bu barədə Qazaxıstan XİN Mətbuat Xidmətinin rəhbəri Anuar Jaynakov xəbər verib. «Dünən gecə xəbər gəldi ki, Suriya müxalifətinin nümayəndələri Astanaya gəlməyəcək. Bununla əlaqədar hər hansı müzakirələr gözlənilmir», Jaynakov telefonla bildirib. Onun sözlərinə görə, Suriyada sülhün təminatçıları olan Rusiya, Türkiyə və İran artıq Qazaxıstanın paytaxtından çıxıblar. Xatırladaq ki, martın 14-15-də Astanada Suriya üzrə üçüncü beynəlxalq görüş keçirilib. Danışıqlarda sülhün təminatçısı olan Rusiya, Türkiyə və İran, həmçinin BMT, İordaniya, ABŞ və Suriya hökumətinin nümayəndələri iştirak etmişdilər.(faktxeber)