Maide.az

Silah istehsalı ilə məşğul olan şirkətlərin reytinqi açıqlanıb - SİYAHI

Maide.az xəbər verir ki, Stokholm Uluslararası Sülh Araşdırma İnstitutu (SIPRI) silah istehsalı ilə məşğul olan dünyanın 100 ən iri şirkətinin reytinqini açıqlayıb.   Reytinq hərbi təyinatlı məhsulların satışından əldə olunan gəlirlərin həcmi və müvafiq xidmətlərin göstərilməsi meyarları əsasında tərtib edilib.   100 şirkətin silah satışından əldə etdiyi illik gəlir ümumilikdə 400 milyard dollar edib.   Ən çox qazanan 20 silah satan şirkətin adını təqdim edirik:   1. Lockheed Martin (ABŞ) – 35,49 milyard dolar 2. Boeing (ABŞ) – 30,7 milyard dolar 3. BAE Systems (İngiltərə) – 26,82 milyard dolar 4. Raytheon (ABŞ) – 21,95 milyard dolar 5. Northrop Grumman (ABŞ) – 20,22 milyard dolar 6. General Dynamics (ABŞ) – 18,66 milyard dolar 7. EADS / Airbus Grup (Avropa) – 15,7 milyard dolar 8. United Technologies Corp. (ABŞ) - 11,9 milyard 9. Finmeccanica (İtaliya) – 10,56 milyard dolar 10. Thales (Fransa) – 10,37 milyard dolar 11. L-3 Communications (ABŞ) – 10,34 milyard dolar 12. Almaz-Antey (Rusiya) – 8,03 milyard dolar 13. Huntington Ingalls (ABŞ) – 6,55 milyard dolar 14. Rolls-Royce (İngiltərə) – 5,55 milyard dolar 15. United Aircraft Corp. (Rusiya) – 5,53 milyard dolar 16. Safran (Fransa) – 5,42 milyard dolar 17. United Shipbuilding Corp. (Rusiya) – 5,12 milyard dolar 18. Honeywell (ABŞ) - 4.87 milyard dolar 19. DCNS (Fransa) – 4,46 milyard dolar 20. Textron (ABŞ) – 4,38 milyard dolar./