Si Cinpin: 'Çin heç zaman digər dövlətlərə hücum etməyəcək'
Çin heç bir şəraitdə və heç zaman digər dövlətlərə hücum etməyəcək, heç kimi sıxışdırmayacaq və hegemonluğa çalışmayacaq. Bunu BMT-dəki çıxışı zamanı Çin Xalq Respublikasının rəhbəri Si Cinpin bəyan edib. O, ilin sonunadək Çindən digər ölkələrə 2 milyard doza COVID vaksini tədarük ediləcəyini bildirib. Həmçinin, dövlət başçısı yoxsul ölkələrə 100 milyon doza peyvəndin qarşılıqsız veriləcəyini qeyd edib.