Maide.az

Siciliya boğazında 15 miqrantın meyiti tapılıb

 Siciliya boğazında "Sərhədsiz həkimlər" qeyri-hökumət təşkilatı tərəfindən batmaqda olan qayığın sərnişinlərinə kömək zamanı 15 miqrant meyiti aşkar edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Xilasetmə əməliyyatı zamanı gəmiyə 134 miqrant mindirilib. Onların milliyəti barədə hələ ki, məlumat yoxdur. /