Sibirdə yeni məscidin açılışı olub
Sibirdə “Al-Hayat” adlı yeni məscidin açılışı mərasimi keçirilib. Maide.Az “İslam.ru”-a istinadən xəbər verir ki, Tomsk rayonun Strezhevoy şəhərində yerləşən məscidin açılış mərasimində çox sayda insan toplaşıb. Strezhevoy şəhər məscidi 500 kvadrat metr ərazidə yerləşir, məscid in günbəzinin hündürlüyü 12 metr və minarələrin hündürlüyü 27 metrdir. Qeyd edək ki, Tomsk rayonun Strezhevoy şəhərində müxtəlif millətlərdən 5000-dən çox müsəlman yaşayır.