Seyid Həsən Nəsrullah Amerikanın yaratdığı koalisiyanı pislədi
Livanın Hizbullah təşkilatı Amerika Birləşmiş Ştatlarının Suriyada hərbi əməliyyatlar keçirməsini pisləyib. Maide.az-ın məlumatına görə, təşkilatın rəhbəri Seyid Həsən Nəsrullah çıxışında Amerikanın yaratdığı koalisiyaya qarşı olduqlarını deyib: “Hədəf istər İŞİD silahlıları olsun, istərsə də Suriya hakimiyyəti, biz bu birliyə qarşıyıq. Suriyada günahsız insanları öldürmək yolverilməzdir. Biz Livan hökumətini də Amerika ilə tərəfdaşlıq etməkdən çəkinməyə çağırırıq".