Maide.az

Sevgisi uğruna şahzadəlikdən imtina etdi, indi borca görə evlənə bilmirlər - FOTO

Yaponiya imperatoru Akihitonun ən böyük nəvəsi Mako universitetdə tanış olduğu Kei Komuro ilə evlənmək uğruna şahzadə ünvanından imtina etməyi gözə alıb.   Maide.Az İHA-ya istinadən xəbər verir ki, lakin, cütlük Komuronun borclarına görə hazırda evlənə bilmirlər.   Makonun ailəsi Komuronun valideynlərinə bildirib ki, maliyyə problemi həll edilənə qədər nişan və toy mərasimi baş tutmayacaq:   Daha öncə mərasimin bu ilin noyabrında keçirilməsi planlaşdırılmış, lakin borc səbəbindən 2020-ci ilə qədər təxirə salınmışdı.   Qeyd edək ki, Yaponiyada iperator ailəsinin üzvləri xalq içindən biri ilə evləndikləri zaman şahzadəlik ünvanını itirirlər.