Seulda yaralanmış ABŞ səfiriinin üzündə yadigar qalan iz - Foto
Ötən həftə Seulda ABŞ səfiri Mark Lippertə ülgüclə hücum olunmuşdu. Əl və üzündən yaralanan səfir bu gün xəstəxanadan evə buraxılıb. Maide.az xəbər verir ki, beynəlxalq KİV-lərin məlumatına görə, 55 yaşlı Cənubi Koreyalı şəxsin ABŞ səfirinin üzünə ülgüclə yetirdi xəsarətin izi yadigar olarq qalacaq. Qeyd edək ki, mart ayının əvvəllərində Seulda keçirilən bir tədbirdə 55 yaşlı mədəni fəallardan biri Abş səfriinə ülgüclə hücum etmişdi. O, bu zaman “Cənubi və Şimali Koreya yenidən birləşməlidir” şüarını səsləndirib. Mark Lippertə hücum edən şəxs hadisə yerində yaxalanmışdı. /