Maide.az

SEPAH-ın komandanı: ‘Qasım Süleymaninin qisası mütləq alınacaq’

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin qisası mütləq alınacaq.   APA-nın Tehran bürosunun məlumatına görə, bunu SEPAH-ın komandanı, general Hüseyn Salami deyib.    “Biz yalnız general Qasım Süleymaninin şəhid olmasında birbaşa və ya dolayısı ilə iştirak edənləri hədəf alırıq”, - deyə general vurğulayıb.   O, ABŞ-ın Cənubi Afrikadakı səfirinə sui-qəsd planları ilə bağlı iddialara da münasibət bildirib.   “Siz elə düşünürsünüz ki, biz şəhid qardaşımızın qanı müqabilində Cənubi Afrikadakı bir qadın səfiri vuracağıq?”, - deyə SEPAH-ın komandanı qeyd edib.   Xatırladaq ki, daha əvvəl “Politico” nəşri ABŞ-ın bir sıra rəsmilərinə istinadən iddia edib ki, İran Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa sui-qəsd təşkil etmək niyyətindədir.