SEPAH-ın əməliyyatı zaman 11 terrorçu məhv edildi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri ölkənin Kürdüstan əyalətinin Sərvabad şəhərində əməliyyat keçirib. APA-nın Tehran bürosunun məlumatına görə, əməliyyat zamanı 11 terrorçu məhv edilib. SEPAH-dan verilən açıqlamada bildirilir ki, terrorçu qruplaşmanın üzvləri ölkə ərazisində təxribat törətmək istəyirmiş. Onlar 10 gün ərzində izlənib və sonda Sərvabad bölgəsində sıxışdırılaraq məhv edilib. Əməliyyat zamanı 3 SEPAH əsgəri şəhid olub.