SEPAH-ın 3 hərbiçisi şəhid olub
İranın cənub şərqində Sistan və Bəluçistan əyalətində sərhəddi keçmək istəyən silahlı quruplaşma üzvləri ilə atışma nəticəsində İran İslam İnqilab Keşikçilər Korpusunun (SEPAH) 3 hərbiçisi şəhid olub. Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, şəhid olan şəxslər Sepah-ın Qüds Qərargahının hərbiçiləri mayor Əkbər Abdullahnejad, leytnant Qudrətullah Mandəni və siravi könüllü Musa Nəsiridir. Onlar Sistan və Bəluçistan əyalətində silahlı quruplaşmalarla mübarizəyə yardım üçün Fars əyalətindən gəldiyi bildirilir. /