Maide.az

Sentyabrın 19-na keçən gecə bankomatlar müvəqqəti işləməyəcək

  Sentyabr ayının 19-da “AzeriCard" Prosessinq Mərkəzində daxili yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq, gecə saat 03:30-dan saat 04:00-dək bankomat şəbəkəsi, POS-terminallar, plastik kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.   Bu barədə "Atabank" ASC-nın plastik kart sahiblərinə xəbərdalığında bildirilib.   “AzeriCard" Prosessinq Mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyəsinin yüksəldilməsi məqsədilə daxili¬sistemində yenilənmə işləri aparır. (faktxeber) /