Maide.az

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.   ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.    Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-29° isti olacaq. Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.