Maide.az

Sentyabrın 15-ə olan hava proqnozu açıqlanıb

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.   Maide.Az xəbər verir ki, Şimal-qərb küləyi  gündüz  cənub-şərq küləyi  ilə  əvəz olunacaq.    ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  32-34° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək.   Nisbi rütubət  gecə 75-85 %, gündüz  50-55 % olacaq.    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.   Şərq küləyi əsəcək.   Havanın temperaturunun gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.