Maide.az

Senat Trump-ın vəzifəsindən kənarlaşdırılması əleyhinə səs verdi

Respublikaçıların çoxluğa malik olduqları ABŞ Senatı prezident Donald Trump-ın impiçment mühakiməsində ona qarşı hər iki ittihama xitam verib.   Senatorlar fevralın 5-də prezidentin üzərindən birinci ittihamın – səlahiyyətlərindən sui-istifadə ittihamının götürülməsinə partiya mənsubiyyətləri prinsipi ilə 52-48 nisbətində səs veriblər.   Konqresin ədaləti araşdırmasına maneçilik törədilməsinə dair ikinci ittihama xitam verilməsinin leyhinə 53, əleyhinə isə 47 senator səs verib.   Respublikaçılardan Trump-ın əleyhinə səs verən yalnız senator Mitt Romney olub.   Beləliklə, prezident Donald Trump-ın impiçment mühakiməsi başa çatıb. /azadliq.org