Sel və dağ uçqunu oldu, qatarların hərəkəti dayandırıldı
İranda güclü yağışlar nəticəsində çaylarda daşqın olub və dağ uçqunu olub. Maide.az xəbər verir ki, daşqınlar və dağ uçqunu nəticəsində ölkənin cənub bölgəsi istiqamətində hərəkət edən bütün qatarların hərəkəti dayandırılıb. Buna səbəb isə həmin istiqamətdə dəmir yolu xətlərinin sıradan çıxmasıdır. Qeyd edək ki, ötən gündə Tehrandan – Xuzestan əyalətinə gedən qatar 720 sərnişinlə Ahənrud- Əndimeşk yolunda relsdən çxımışdı. Sərnişinlərdən xəsarət alan olmasada onlar yolun davamını avtobuslarla getməli olmuşdular. Hazırda dağ uçqunu və daşqınlara görə bağlanın yolun açılması istiqamətində işlər gedir.