Maide.az

`Sübhanəkə Rəbbi, Sübhanək` ibtihalı - VİDEO

İslam dünyasının məşhur misrli "mübtəhil"i Şeyx Əbdüttəvvab Bəsatini avqustun 29-da  72 yaşında Bəsatin kəndində öz evində dünyasını dəyişib.    Maide.Az "İQNA"a istinadən xəbər verir ki, mərhum Şeyx Əbdüttəvvab Bəsatini  Misrin "Bəni Yusif" əyalətində anadan olub. 13 yaşında ikən Qurani-Kərimi əzbərləyib. İbtihalı Şeyx Əli Məhmud, Nəsruddin Tubar və Seyyid Nəqşbəndi kimi məşhur ustadlardan öyrənib.   O, 30 il Misrin televiziya və radiosu ilə həmkarlıq edib.   Gözəl səsinə görə, ona "Şeyxul-Münşidinil-Ərəib" (Ərəb nəşid oxuyanlarının şeyxi) ləqəbini verilmişdi.     "Sübhanəkə Rəbbi, Sübhanək" ibtihalını (musiqi notları üzərində oxunan münacat, razu-niyaz) ilk dəfə 1985-ci ildə Misrin "Seyyid Saleh Cəfəri" məscidinə "mübtəhil" (ibtihalçı) mərhum Şeyx Əbdüttəvvab əl-Bəsatini oxuyub.    Həmin ibtihalın videosunu oxucularımıza təqdim edirik: