Maide.az

Saxlanılan sərxoş sürücülərin sayı bəlli oldu - RƏSMİ

Ötən həftə ərzində Bakı şəhəri üzrə , 317 sərxoş vəziyyətdə sürücü saxlanılıb, məsuliyyətə cəlb edilib.   Bunu İnterpress.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.    Bölmə rəisi ümumilikdə isə ötən həftə 23912 inzibati protoklolun tərtib edildiyini də bildirib.   “317-si sərxoş vəziyətdə saxlanılıb. 925 işıqforun qırmızı işığında keçib. Ötmə manver qaydalarını pozan 185, sərnişindaşımada isə qaydaları pozan 132 sürücü məsuliiyyətə cəlb olunub. 3300 piyada barəsində isə inzibati protokol tərtib edilib”.