Maide.az

Saxlanılan bəhreynli ruhani sərbəst buraxılıb

Ali Xəlifə rejimi tərəfindən 4 gün öncə saxlanılan tanınmış ruhani  Şeyx Hani Əl-Bəna  sərbəst buraxılıb.    Maide.Az xəbər verir ki, Ali Xəlifə rejim təhlükəsizlik qüvvələri bazar ertəsi günü Şeyx Hani Əl-Bənanı “Bəhreyn hökumətinə qarşı partlayışlar törətməyə çağırışlar etməkdə” ittiham edərək həbs etmişdi.    Bildirilir ki, Şeyx Əl-Bəna Aşura günü Ali Xəlifə rejiminə qarşı tənqidli çıxış etmişdi. Ehtimal olunur ki, onun həbsi bu çıxışı ilə bağlı idi.