Maide.az

Saray qəsəbə sakinləri aksiya keçirib

Qəsəbə sakinləri Sumqayıta gedən avtobusların azlığından narazıdır   Mayın 16-da, axşam saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsinin sakinləri Sumqayıt-Saray yolunu bağlayıblar. Sakinlər Sumqayıta gedən marştrutların azlığına etiraz ediblər. Aksiyaçıların Meydan TV-yə verdiyi məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Saray və Novxanı qəsəbələrindən gedən avtobusların Sumqayıta daxil olmasını yasaqlayıb.   “Bir həftədir Sumqayıta avtobuslar işləmir. 6-7 marşrut dayandırılıb. Sumqayıta 50 qəpiyə gedirik” – deyə sakinlər bildiriblər.  Hadisə yerinə icra nümayəndəsi, polis və marşrut xəttinin sahibi gəlib. Polisin müdaxiləsi ilə Sumqayıt-Saray yolu açılıb.   “Bizə heç bir inandırıcı vəd vermədilər” – deyə sakinlər Meydan TV-yə bildiriblər.   Sumqayıt Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.(meydantv)