Maide.az

Sankt-Peterburq xəstəxanasında yanğın nəticəsində 5 nəfər həyatını itirib

Sankt-Peterburqdakı koronovirus xəstələrinin müalicə olunduğu “Müqəddəs Georgi” xəstəxanasında yanğın nəticəsində 5 nəfər həyatını itirib.   Maide.Az "azertac"a istinadla xəbər verir ki, hadisə xəstəxananın reanimasiya şöbəsində baş verib.   Ölənləri süni nəfəs aparatına qoşulmuş xəstələrdir. Xəstəxanadan 150 nəfər təxliyyə olunub.