Maide.az

Sankt-Peterburqda terror aktında həlak olanların sayı 14-ə çatıb

Sankt-Peterburqda terror aktı nəticəsində həlak olanların sayı artıb.   Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib ki, ölənlərin sayı 14-ə çatıb.   Bundan əvvəl ölənlərin sayının 11 nəfər olduğu bildirilmişdi.   Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunda partlayış törədilib. Hadisə nəticəsində 1 azərbaycanlı ölüb, 1 azərbaycanlı yaralanıb. (apa) /