Maide.az

Sankt-Peterburqdan Bakıya yeni aviareys açılacaq

 Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya yeni aviareyslər açılacaq.   APA-nın “baltika.fm” saytına istinadən verdiyi məlumata görə, bu barədə hava limanının operatoru məlumat yayıb.   Pulkovo hava limanı bu gündən yaz-yay iş rejiminə keçir. Rusiya aviaşirkətləri yaxın vaxtlarda hava limanından Bakı, Roma, Veron, Barselona, Palma-de-Mayorkaya yeni aviareyslər açmağı planlaşdırırlar.  Yay mövsümündə bu hava limanından  Zaqreb, Belqrad və Şanxaya da yeni aviareyslər açılacaq. Uçuş cədvəllərinə əsasən Rusiya aviaşirkətlərindən biri Sankt-Peterburqdan Batumiyə aviareyslər təşkil edəcək.   Yay uçuş cədvəli 29 oktyabr 2016-cı ilə qədər qüvvədə olacaq./