Maide.az

Sankt-Peterburqda bir neçə terrorçu həbs olunub

Rusiya xüsusi təyinatlıları Sankt-Peterburq şəhərində Şimali Qafqazdan olan silahlı şəxslərin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirib.     Maide.Az bildirir ki,  “RİA Novosti”nin verdiyi xəbərə görə, çoxmərtəbəli binaların birində gizlənən, Şimali Qafqaz regionunda qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinən və axtarışda olan şəxslərin saxlanması istiqamətində əməliyyat davam edir.   Silahlıların gizləndikləri bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. Bir neçə terrorçunun həbs olunduğu bildirilir.