Maide.az

Sankt-Peterburqda “İslami Mədəniyyət Günləri” keçiriləcək

Aprelin  27-dən may ayının 6-dək Sankt-Peterburqda  “İslami Mədəniyyət Günləri” keçiriləcək.    Maide.Az xəbər verir ki,  Sankt-Peterburq şəhərinin 300 illik tarixində ilk dəfədir ki, bu şəhərdə “İslami Mədəniyyət Günləri” keçiriləcək.   Sankt-Peterburqda “İslami Mədəniyyət Günləri” Rusiya Federasiyası  Müsəlmanları Dini İdarəsinin, Moskva Dövlət Universitetinin, Sankt-Peterburq Universitetinin, Armitrajdövlətmuzeyi, Rusiya Elmlər Akademiyası və Əl-Mustafa (s) beynəlxalq  Universitetin təşəbbüsü ilə keçirilir.    Qeyd edək ki,  Sankt - Peterburqda “İslami Mədəniyyət Günləri” çərçivəsində dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filmi də nümayiş olunacaq.    Bundan öncə  film Moskva şəhərində nümayiş olunmuşdu.