Maide.az

Sanksiyaların ləğvi avropalıların İran bazarına daxil olmaq iştahasını artırıb

Bir Fransa nəşri İran əleyhinə sanksiyaların ləğvi ehtimalı və bir çox ölkə, xüsusilə də avropalıların İranın maraqlı bazarına daxil olmaq üçün maraq göstərdiklərinə toxunaraq bildirib: İqtisadiyyatçılar İran bazarını, beynəlxalq sanksiyaların tətbiq olunmasına baxmayaraq, iqtisadi cəhətdən önəmli bazar hesab edir və bu qəniməlti fürsətdən istifadə etmək arzusundadırlar.   Səhər beynəlxalq Televiziyasının məlumatına görə, Fransanın Tribun De Jenev nəşri bir məqalədə bildirib: İranın nüvə proqramı barədə tarixi Lozanna anlaşmasından təxminən 3 həftənin keçməsi ilə nüvə müzakirəçiləri ötən həftə Vyanada bir araya gəldilər ki, yekun anlaşmanın təfərrüatına daxil olsunlar. İran əleyhinə sanksiyaların ləğvi ehtimalını gücləndirən mürəkkəb müzakirələr İran bazarına axın etmək istəyən bir qrupu hərəkətə gətirib və onların iştahasını artırıb. İran dünyanın ilk qaz yataqlarına, dünyanın 4-cü neft yataqlarına, 9-cu mis yataqlarına və 11-ci daş-dəmir yataqlarına malik ölkədir və yüksək əhəmiyyətə sahibdir. Avropalılar arzu edirlər ki, Rusiyaya enerji asılılığını aradan qaldırmaq üçün gələcəkdə İran qazından faydalansınlar. Belə ki, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa və Çexiya Respublikasından heyətlər bir-birinin ardınca, bəzilərinin SSRİ-inin dağılmasından sonra Rusiya bazarına qəfil açılıma bənzətdikləri bu qənimətli fürsəti itirməmək üçün Tehrana yollanırlar.