Maide.az

Sancmalarla bağlı statistika - RƏQƏMLƏR

İyul ayı üzrə toksiki zəhərlənmələrin statistikası açıqlanıb. Bu haqda Modern.az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O qeyd edib ki, iyul ayında baş verən sancmalarla zəhərlənmədə bir ölüm qeydə alınıb:   “İyul ayında 7 nəfərdə əqrəb, 4 nəfər qaraqurd sancması (hörümçək növü) qeydə alınıb. 10 nəfərdə isə allergik reaksiya baş verib.   Şamaxıdan gətirilən 2002-ci il təvəllüdlü Ruqiyyə Adıgözəlova bizə daxil olanda ağır vəziyyətdə idi. Həkimlərin müdaxiləsinə baxmayaraq onu sağaltmaq mümkün olmadı. Xəstəxanaya səhər saatlarında daxil oldu, axşam isə onu itirdik. Ümumiyyətlə, 7 ildə birinci dəfədir ki, həşərat sancmasından ölüm hadisəsi qeydə alınır”.   Toksikoloq bildirib ki, xəstələrdən yalnız biri azyaşlı olub:   “Onu əqrəb sancmışdı. Qalanları isə ortayaşlı insanlar idi”.   Xatırladaq ki, Şamaxının Quşçu kənd sakini olan 2002-ci il təvəllüdlü Ruqiyyə Adıgözəlovanı avqustun 1-də yaşadığı evdə qara qurd sancıb. Yaxınları onu əvvəlcə Şamaxı rayon Xəstəxanasına aparsalar da, vəziyyəti pisləşdiyindən Bakıdakı 1 saylı şəhər klinik xəstəxanasına gətiriblər. 14 yaşlı Ruqiyyə güclü zəhərlənmənin yaratdığı ürək və tənəffüs çatışmazlığından vəfat edib.