Maide.az

San-Pauloda şiələrin yeganə məscidi yenidən fəaliyyətə başlayıb

Braziliyanın II böyük şəhərində şiələrin yeganə məscidi iki il təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Maide.az Press TV-yə istinadən xəbər verir ki, 2 il təmirdən sonra Braziliyanın San-Paulo şəhərindəki yeganə şiə məscidi rəsmi mərasimlə namazqılanların üzünə açılıb.  Məscidinin açılış mərasimindəSan-Paulo əhalisi, xüsusi qonaqlar və İslam cəmiyyətləri rəhbərlərinin iştirak ediblər.  Məscid 1997-ci ildə istifadəyə verilib, 2013-cü ildə namazqılanların sayı artıdığı üçün məsciddə genişləndirmə işləri aparılıb. Məscidin genişləndirilməsi və təmiri üçün  628 min dollar vəsait xərclənib.  Hesablamalara görə, Braziliya müsəlmanlarının sayı 1,5 milyon-2 milyon arasındadır və İslam dinini qəbul edən braziliyalıların sayı artmaqdadır./