Maide.az

Samuxda avtomobil qəzası olub, 2 nəfər xəsarət alıb

Samux rayonunun Ağasbəyli kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.   "Report"un Qərb Mərkəzinin məlumatına görə, kənd ərazisində hərəkətdə olan minik avtomobillin maneəyə çırpılması nəticəsində 2 nəfər - Ağsbəyli kənd sakini, 1997-ci il təvəllüdlü İlkin Kazımzadə və 2000-ci il təvəllüdlü Elməddin Xəlilov xəsarət alıb.    Hər iki şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.