Maide.az

`Samsung`un de-fakto rəhbəri həbs olunub

“Samsung Group” korporasiyasının de-fakto rəhbəri Li Çje Yen həbs olunub.    Maide.Az xəbər verir ki, o, hakimiyyətdən müvəqqəti uzaqlaşdırılmış prezident Pak Kın He (Park Geun-hye) ətrafındakı korrupsiya qalmaqalı ilə bağlı istintaq fonunda rüşvətxorluqda ittiham olunur.   Bu barədə “Penxal” agentliyi məlumat yayıb.   Məlumata görə, şirkət 2015-ci ildə Almaniyadakı bir şirkətlə 18 milyon dollarlıq müqavilə imzalayıb ki, həmin şirkət korrupsiya qalmaqalında əsas fiqur olan prezidentin yaxın rəfiqəsi Tsoy Sun Silə (Choi Soon-sil) məxsusdur.   Qeyd edək ki, prezident 2016-cı ilin dekabrında hakimiyyətdən muvəqqəti uzaqlaşdırılıb və onun gələcək taleyi Konstitusiya məhkəməsindən aslıdır. Məhkəmə bu ilin yayınadək impiçment barədə qərar verməlidir.