Maide.az

Samirra və Kərkük şəhərlərində 14 terrorçu həbs olunub

İraqın Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün  ölkənin Samirra və Kərkük şəhərlərində 14 terrorçu  həbs olunub.    Maide.Az  İraq KİV-lərinə istinadla bildirir ki, terrorçulardan  9-u  Samirra şəhərinin müxtəlif bölgələrində keçirilən əməliyyatda həbs olunub.   5 terrorçu isə  Kərkəkdə həbs olunub.  Onlar İŞİD terror qruplaşmasının üzvləridir.     Həbs olunan terrorçular barəsində cinayət işi açılıb.    Onlardan  silah və sursat  götürürülüb.