Maide.az

Samirrada 3 terrorçu saxlanılıb

Samirrada  Əsgəreyn (ə) hərəmlərinin  ətrafında  3 terrorçu  həbs olunub.     Maide.Az xəbər verir ki, İraqın Müharibə Qərargahının  mətbuat xidmətinin açıqlamasına görə, Samirrada müqəddəs Əsgəreyn (ə) hərəmlərinin qədim bölgəsində aparılan axtarışlar zamanı 3 terrorçu zərərsizləşdirilib və həbs olunub.    Hazırda  bu bölgədə terror hadisəsi törətmək istəyən digər terrorçuların həbsi istiqamətində  əməliyyatlar davam etdirilir.